"Qalatasaray" "Qarabağ"ın rəqibinin futbolçusunu transfer edir

16:58 - 30 Noyabr 2017

"Qalatasaray" qış fasiləsində heyətini yeni futbolçu ilə gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, "sarı-qırnızılar" "Atletiko"nun müdafiəçisi Felipe Luisi transfer edir.

 

Braziliyalı müdafiəçinin meneceri Manuel Qarsiya Quilonla görüşən "cim bom" rəhbərliyi prinsip anlaşması əldə edib. 32 yaşlı sol cinah müdafiəçisinin yanvar ayında "Qalatasaray"la rəsmi müqavilə imzalayacağı gözlənilir.

 

Qeyd edək ki, Felipe Luis Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la matçlarda iştirak edib.

Xəbər xətti