"Rubin"in baş məşqçisi azərbaycanlı futbolçuya səs verdi

19:25 - 30 Noyabr 2017

“Rubin”in baş məşqçisi Kurban Berdıyev Rusiya Premyer Liqasının 2017-ci il mövsümündə ən yaxşı gənc futbolçu seçimini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Berdıyev “Anji”nin yarımmüdafiəçisi Ayaz Quliyevi fərqləndirib. O, “beşliy”i müəyyənləşdirərək, Ayaz Quliyevi birinci yerdə göstərib.

 

Maraqlıdı ki, “Rubin”in baş direktoru Rustam Sayaxov da Ayaz Quliyevi “beşliy”ə daxil edib. O, azərbaycanlı futbolçunun adını 2-ci qeyd edib. Sayaxov ilk pilləyə “Rubin”in hücumçusu Rifat Cemaletdinovu layiq görüb.

 

Səsvermədə klubların rəsmiləri və məşqçiləri, jurnalistlər iştirak edirlər.

Xəbər xətti