"Mançester Siti"də yeni müqavilə

13:03 - 1 Dekabr 2017

David Silva “Mançester Siti” ilə olan müqaviləsinin müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi 2020-ci ilə kimi “şəhərlilər”in heyətində çıxış edəcək. 31 yaşlı oyunçunun əvvəlki müqaviləsi gələn mövsüm başa çatacaqdı. Bu haqda məlumatı klub yayıb.

 

Qeyd edək ki, Silva 2010-cu ildə “Valensiya”dan transfer edilmişdi.

Xəbər xətti