"Kəpəz"də 3 itki

18:58 - 1 Dekabr 2017

Topaz Premyer Liqasının XIV turunda "Sumqayıt"ı qəbul edəcək "Kəpəz" bu gün oyunun keçiriləcəyi Gəncə stadionunda məşqə çıxıb. 

 

Sportal.az xəbər verir ki, hazırlıq prosesi təxminən 50 dəqiqə davam edib və yüngül xarakter daşıyıb. 

 

Komanda "Sumqayıt"la oyuna itkilərlə çıxacaq. Dedimar Fereyra cəzalıdır. Viktor Oseqeyl və Məhəmməd Qurbanov isə zədəli olduğundan komandaya kömək edə bilməyəcək.

Xəbər xətti