Budaq Nəsirov "Portu"ya qarşı niyə oynamayıb?

00:17 - 3 Dekabr 2017

Portuqaliya Sequndasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası doğma meydanda “Portu”nun B komandası ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Nəsirov bu matçın iştirakçısı olmayıb. O, zədə səbəbindən qarşılaşmada oynamayıb. Budaq növbəti turda komandasına kömək edə biləcək.

 

"Sportinq" hazırda 21 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti