"Tottenhem"i bu dəfə Uotford büdrətdi VİDEO

01:42 - 3 Dekabr 2017

İngiltərə Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Tottenhem" səfərdə "Uotford"la 1:1 hesablı heç-heçə edib. Maurisio Poçettinonun komandası artıq ardıcıl 4 oyundur ki, qalib gəlmir.

 

Premyer Liqanın turnir cədvəlinə 1 oyun az keçirən "Mançester Siti" başçılıq edir (40 xal). 5 xal geri qalan "Mançester Yunayted" 2-cidir. "Çelsi" 32 xalla 3-cü, "Liverpul" 29 xalla 4-cüdür. "Arsenal" 28 xalla 5-ci yerdə qərarlaşıb. "Tottenhem" isə 25 xalla 6-cıdır.

 

“Uotford” – “Tottenhem” - 1:1
Qollar:
Kabasela, 13 - Son, 25

 

 

Xəbər xətti