İkardinin xanımı Maradonanın cavabını verdi

15:08 - 3 Dekabr 2017

İtaliyanın "İnter" klubunun kapitanı və hücumçusu Mauro İkardinin xanımı olmaqla yanaşı, agenti olan Vanda Nara dünya futbolunun argentinalı əfsanəsi Dieqo Armando Maradonaya sərt reaksiya verib.

 

Sportal.az xəbər verir ki, xanım agent Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini futbolçuları düzgün seçməməkdə ittiham edən Maradonanın cavabını verib. Belə ki, Maradona İkardini daim satqın adlandırır. Maradona Vanda Naranı Maksi Lopesdən "oğurlayan" İkardini hər zaman satqın adlandırır və Argentina millisində oynamağa layiq olmadığını söyləyir. Nara Maradonanın bu açıqlamaların sosial şəbəkə hesabında münasibət bildirib:

 

“Mən ona dopinq-testdən keçməyi tövsiyə edirəm. Elə insanlar var ki, onların beyni daim dumanlı olur və hər şeyi məntiqsiz şəkildə izah edirlər. O, bizi qaralayıb”.

 

İkardinin "İnter"lə müqaviləsi 2021-ci ildə başa çatacaq.

 

Image may contain: 2 people, people smiling, mountain, hat, sky, outdoor, nature and closeupImage may contain: one or more people, people standing, stadium and outdoor

Image may contain: 1 person, standing and stadium

Image may contain: 1 person, smiling, closeup and indoor

Image may contain: 2 people, people smiling, people sitting and indoorImage may contain: 2 people, people smiling

Xəbər xətti