Samir Əliyev: "Məqsədimiz qapazaltı olmamaq idi"

20:59 - 3 Dekabr 2017

“Öz meydanımızda ilk oyunumuz olduğu üçün qələbə qazanmaq istəyirdik”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib. Bayıl təmsilçisi Topaz Premyer Liqasının XIV turunda öz meydanında “Zirə”yə minimal hesabla məğlub olub – 0:1.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Zirə” bizi istənilən kompenentlərdə üstələyirdi. Belə deyək, səviyyə fərqi açıq-aşkar hiss olunurdu. Hesaba baxmayaraq, rəqibdən hər cəhətdən geri qaldıq”.

 

- Jaskis bu gün çox zəif oynadı. Onun komandadakı gələcək taleyi necə olacaq?

- İndi bu barədə heç nə deyə bilmərəm. Qış fasiləsində bütün qərarlarımı açıqlayacağam.

 

- Ümumiyyətlə, komandanı neçə futbolçu tərk edəcək?

- Gedənlər olacaq, amma bunu indi açıqlamayacağam. Qarşıdakı oyunlar var və bundan sonra gedənlərin sayını biləcəksiniz. Düzdü, heyətimizi gücləndirmək və daha səviyyəli fubolçularla gücləndirmək üçün çalışırıq. 

 

- Komanda gözlədiyiniz yerdədi?

- Bu barədə heç düşünməmişdik. Kimləri heyətə cəlb edə bilirdiksə, etdik. Məqsədimiz qapazaltı olmamaq idi. Hansı yer tutmaq barədə düşünmürdük.

 

- Bu gün "Səbail"in nəticələrini qənaətbəxş saymaq olar?

- Bu gün “Kəpəz”i, “Keşlə”ni üstələyiriksə, qənaətbəxş saymaq olar. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı.

Xəbər xətti