Vüqar Nadirov: "Aşkar penalti idi"

"Zirə" əks-hücumlarda çox yaxşı oynayır. Bunun qarşısını almağa çalışırıdıq. Şanslarımız da oldu. Demək olmaz ki, "Zirə" bizi tam üstələdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Vüqar Nadirov Topaz Premyer Liqasının XIV turunda "Zirə"yə 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.

 

Təcrübəli futbolçu matçın sonlarında rəqib qapısında yaşanan penalti epizodunda da söz açıb: "Epizodun görüntülərinə baxdıq. Top Jozef Bumun əlinə dəymişdi. Aşkar penalti idi.  Qarşıda "Qarabağ"la çempionat, "Qəbələ" ilə isə kubok oyunlarımız var. "Səbail" debütnatır, 6 ayın komandasıdır. Hər iki cəbhədə bacardığımız qədər irəli getməyə çalışacağıq".

Tarix: 3 Dekabr [21:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio