"Valensiya"nın ilk məğlubiyyəti VİDEO

01:31 - 4 Dekabr 2017

İspaniya La Liqasında 14-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, bu mövsüm La Liqada məğlubiyyət acısı yaşamayan "Valensiya" Madrid səfərində "Xetafe" ilə qarşılaşıb. "Yarasalar" ilk yenilgini məhz bu matçda alıblar - 0:1.

 

La Liqanın turnir cədvəlinə 36 xalla "Barselona" başçılıq edir. 5 xal geri qalan "Valensiya" ikincidir. Üçüncü pillədə olan "Atletiko"nun 30 xalı var. "Real" 28 xalla 4-cü yerdə qərarlaşıb.

 

“Xetafe” – “Valensiya” - 1:0
Qol:
Berqara, 66

 

Xəbər xətti