Rus məşqçi İngiltərə klubundan qovuldu

14:35 - 4 Dekabr 2017

Rusiyalı Leonid Slutski İngiltərənin "Hall Siti” futbol komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postunu tərk etməli olub. Çempionşipdə mübarizə aracan "pələnglər”in 20 turdan sonra 19 xalla 20-ci pillədə qərarlaşması rəhbərliyi qane etməyib.
 
Qeyd edək ki, Slutski yay fasiləsində "Hall Siti”nin baş məşqçisi təyin edilmişdi. Onun qarşısına komandanı yenindən Premyer Liqaya çıxarmaq tapşırığı qoyulmuşdu.

Xəbər xətti