"Qarabağ" oyun günü də məşq keçirəcək

17:07 - 4 Dekabr 2017

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını sabah “Roma”ya qarşı keçirəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu oyun günü də məşq edəcək. Qurban Qurbanovun yetirmələri sabah “Aqua Aketosa” məşq meydançasında oyunun son hazırlığını keçəcək. Məşq prosesi Bakı vaxtı ilə saat 15:00–da start götürəcək.

 

Qeyd edək ki, “Roma” – “Qarabağ” qarşılaşması saat 23:45-də başlanacaq.

Xəbər xətti