"Roma" "Qarabağ"a qalib gəldi YENİLƏNİB

01:39 - 6 Dekabr 2017

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start veriləcək.

 

Sportal.az xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxacaq. Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olacaq.

 

Qrupdan çıxmaq şansını itirən təmsilçimiz üçün bu oyun formal xarakter daşıyır. Lakin “canavarlar” 1/8 finala çıxmaq üçün  qələbə qazanmalıdır. Çünki meydan sahibləri xal itirsə, qrupdan çxımaq üçün “Çelsi”nin “Atletiko”ya qalib gəlməsinə ümid etməlidir.

 

Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

5 dekabr

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

 

23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 1:0

Qol: Dieqo Perotti, 54

Baş hakim: Tobias Stieler

Yan xətt hakimləri: Mayk Pikel, Yan Seydel

Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)

Roma. Olimpiya stadionu

 

“Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi

 

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson

 

Baş məşqçi: Eusebio de Françesko
 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye

 

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

 

Baş məşqçi: Qurban Qurbanov

Xəbər xətti