De Rossi: "Qarabağ"la matça "Milan" və "Yuventus"la oyunlara olduğu kimi hazırlaşmışıq"

11:13 - 5 Dekabr 2017

Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”ı qəbul edəcək “Roma”nın yarımmüdafiəçisi Daniele De Rossi oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, “canavarlar”ın kapitanı bu matça “Yuventus” və “Milan”a qarşı oyunlardakı kimi hazırlaşdıqlarını deyib:

 

“Bizim üçün çox vacib oyundu. Bu qarşılaşma Çempionlar Liqasındakı ən yaxşı matçlarımızdan biri olacaq. “Qarabağ”la matça “Milan” və “Yuventus”la oyunlara olduğu kimi hazırlaşmışıq”.

 

“Roma” - “Qarabağ” oyunu sabah “Olimpiko” stadionunda keçiriləcək və saat 23:45-də başlayacaq.

Xəbər xətti