Qurban Qurbanov: "Çıxışımızı normal hesab edirəm"

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin son matçında səfərdə "Roma"ya 0:1 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qurbanov ilk olaraq oyun barədə danışıb:

 

- “Roma”nı təbrik edirəm. Onlara növbəti oyunlarında uğurlar arzulayıram. Çox istərdim ki, məğlub olmayaq. Amma bir qol buraxdıq. Buna baxmayaraq, razı qaldım. Layiqli çıxış etməyə çalışdıq. Ağır idi. Komandamız məğlub olmaq istəmirdi.

 

- Ümumilikdə, qrup mərhələsindəki çıxışınızı necə dəyərləndirərdiz. Ağabala ilə Ramili son dəqiqələrdə ikisinin eyni vaxtda buraxılması məğlub olmaq istəməməyinizdən irəli gəlirdi?
- Çıxışımızı normal hesab edirəm. “Çelsi” ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər. Bəlkə də əlavə xallar qazanmaq imkanımız var idi. Amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı. Ümumilikdə, razı qaldım. Rəqiblərimizin hər biri ilk iki yeri tutmağa layiq idilər. Ramillə Ağabalanı oyunun gedişatına uyğun olaraq meydana burdaxdıq. Hücumda hərəkətliliyi artımağı düşündük. Onlar hücum xəttində sürəti daha da artırmalı idilər.

 

- Qrupda üç oyunda qırmızı vərəqə aldınız. Onlar olmasaydı, bunun qrupdakı yerinizə təsiri ola bilərdimi? Bu gün müdafiə xəttinizin çıxışını necə dəyərləndirərdiz? Üç aparıcı futbolçunun yoxluğunda müdafiə xəttinin çıxışından razı qaldınızmı?
- Öncə bizim kimi komandalarda əlimizdə nə qədər çox oyunçu olsa, variantlar da çox olur. Onların olmaması bizim üçün sıxıntılar yaratdı. Daha çox xal toplaya bilərdikmi, bunu deyə bilmərəm. Müdafiə xəttinin oyununa gəlincə, bir-iki epizodu çıxmaq şərtilə çox diqqətli oynadılar. Hər bir futbolçunun oyunundan razı qaldım. Xüsusilə də müdafiə xəttinin oyunundan. Sadəcə, hücum xəttində düşündüyümüz bəzi epizodlar alınmadı.

Tarix: 6 Dekabr [02:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio