Çempionlar Liqası: 1/8 finala yüksələn 12 komanda məlumdur

03:37 - 6 Dekabr 2017

Bu gün Çempionlar Liqasının qrup mərhələsində sonuncu – 6-cı tura start verilib. 

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarının görüşləri baş tutub. Bu oyunlardan sonra sonra 1/8 finala vəsiqə qazanan komandaların sayı 12-ə çatıb.  

 

"Bavariya”, PSJ, "Çelsi”, "Barselona”, "Beşiktaş”, "Mançester Siti”, "Real” və "Tottenhem”in ardından "Mançester Yunayted", "Bazel", "Roma", "Yuventus" klubları da 1/8 finala adlayıblar.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin digər 8 matçı sabah keçiriləcək.

Xəbər xətti