"Qarabağ" Bakıya qayıtdı

11:35 - 6 Dekabr 2017

Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində son oyununda səfərdə “Roma” ilə qarşılaşan (0:1) “Qarabağ” vətənə qayıdıb.

 

Sportal.az xəbər verir ki, matçdan dərhal sonra yola çıxan “köhlən atlar”ı gətirən təyyara bu gün səhər saatlarında paytaxtımıza çatıb.

 

Xatırladaq ki, “Qarabağ”ın istirahət üçün çox az vaxtı olacaq. Belə ki, Ağdam təmsilçisi cəmi 2 gün sonra - dekabrın 8-də ölkə çempionatının 4-cü turundan təxirə salınmış matçda “Səbail”lə qarşılaşacaq.

Xəbər xətti