Kamran Ağayev klubsuz qaldı

13:24 - 6 Dekabr 2017

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev klubsuz qalıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı əlcək sahibi çıxış etdiyi Çexiyanın "Mlada" klubundan göndərlib. Buna səbəb kimi Kamranın gözlənilənləri verməməsi olub. Onun müqaviləsi mövsümün sonunda başa çatsa da, məşqçilər korpusu Ağayevi komandaya lazımsız biliblər.

 

Kamran Ağayev bu mövsümün əvvəlində Portuqaliyanın "Boavişta" klubundan "Mlada"ya keçmişdi. O, Boleslav təmsilçisinin heyətində 7 oyun keçirib və 1 qırmızı vərəqə alıb. 

Xəbər xətti