Raca Nainqqolan: "Qrup lideri kimi 1/8 finala yüksəlməyə layiq idik"

“Roma”nın yarımmüdafiəçisi Raca Nainqqolana Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu matçın çətin keçdiyini söyləyib: "Qarşılaşma bizim üçün çətin keçdi. Rəqib oyun ərzində müdafiə futbolu nümayiş etdirdi. Buna baxmayaraq, 3 xal qazanmağı və qrup lideri olmağa müvəffəq olduq".

 

Nainqqolan əlavə edib ki, "Roma" qrup lideri olmağa layiq idi: "Qrup lideri kimi 1/8 finala yüksəlməyə layiq idik. "Qarabağ"a qalib gəldik və digər matçın nəticəsini gözləmədik. Bu mövsüm demək olar ki, bütün oyunları stabil keçiririk. Uğurlu çıxışa davam etməliyik".

 

Qeyd edək ki, "Roma" ÇL-in C qrupunda 11 xalla lider olub. Təmsilçimiz "Qarabağ" isə 2 xalla sonuncu olub.

Tarix: 6 Dekabr [14:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio