De Rossi: "Qarabağ"ın bizə çətinlik yaradacağını bilirdik"

15:37 - 6 Dekabr 2017

“Roma”nın kapitanı Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın "Roma"ya çətinlik yaratdığını deyib: "Qarabağ”ın bizə çətinlik yaradacağını bilirdik. Amma yekunda istədiyimiz nəticəyə nail olduq. "Roma"nın Avropadakı adı bizim üçün önəmlidir. Xoşbəxtik. Avropa turnirlərində bəzən zərbələr aldıq. Bu cür çətin qrupu ilk pillədə bitirmək xoşdur. Di Françesko hamını təəccübləndirdi. Gələn kimi, komandanı Avropada yeni səviyyəyə çatdırdı. Di Françesko bizi rəqibin kimliyindən asılı olmayaraq, aqressiv oyun göstərməyə alışdırdı”.

 

Qeyd edək ki, "Roma" ÇL-in C qrupunu 11 xalla lider kimi başa vurub.

Xəbər xətti