Kakau: "Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi"

“Çox ağır qarşılaşma oldu. Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri futzal üzrə Qazaxıstan millisinin baş məşqçisi Kakau İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turnirində yığmamızla heç-heçə etdikləri oyundan (3:3) sonra deyib.

 

Braziliyalı mütəxəssis komandamız və baş məşqçi Alesio haqda müsbət fikirlər səsləndirib: “Rəqibin vurduğu hər üç qol onların baş məşqçisinin beyninin məhsulu idi. Bunu dostum olduğuna görə demirəm. Həqiqətən də yüksək səviyyəli ölkə çempionatı olmamasına baxmayaraq, Alesio güclü komanda formalaşdırıb. Nəticəni də normal hesab edirəm. Azərbaycan millisini gözəl oyun münasibəti ilə təbrik edirəm. Oyunun erkən saatlarda başlaması isə hər iki komanda üçün çətinlik yaratdı. Turnirin davamlı olmasını arzulayıram. Gələn il bu yarışa Qazaxıstan evsahibliyi edəcək. Yenə bu dörd komandanın iştirakını istərdim”.

Tarix: 6 Dekabr [16:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio