"Kəpəz"də 3 zədəli

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” tam heyətlə məşq edə bilmir. 

 

Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Məhəmməd Qurbanov zədədən əziyyət çəkir. Bir müddətdi ki, diz qapağında ağrıları olan Qurbanov müalicə olunur. Klubun tibbi personalından verilən məlumata görə, “Qəbələ”yə qarşı matçda sıradan çıxan orta xətt oyunçusu tədricən sağalsa da, məşqlərin birində zədəsini təzələyib.

 

Xatırladaq ki, “Kəpəz”in heyətində daha iki futbolçu zədəlidi. Viktor Oseqeyl və Fərid Məmmədov komandaya kömək edə bilmir.

Tarix: 6 Dekabr [17:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio