Mourinyo Qvardiolaya inanmır

19:11 - 6 Dekabr 2017

İngiltərə Premyer Liqasının 1-ci turu çərçivəsində "Mançester Yunayted" "Old Traford"da lider "Mançester Sİti"ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, zirvədəki iki komandanın üz-üzə gətirəcək qarşılaşmaya hər iki komanda itkilərlə çıxa bilər. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola David Silvanın zədə səbəbindən "qırmızı şeytanlar"lar görüşdə iştirak edə bilməyəcəyini deyib.

 

Lakin "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ispamn həmkarına inanmır. Mətbuata açıqlama verən portuqaliyalı mütəxəssis "Düzünü demək lazımdırsa, bəli, David Silvanın zədəsi var. Amma böyük ehtimalla o, bizə qarşı oynayacaq" deyərək ispan yarımmüdafiəçi haqda fikir bildirib.

 

Mourinyo öz komandasındakı zədəlifutbolçuların durumu haqda da danışıb: "Erik Beillinin oynamaq ehtimalı yoxdu. Fil Consla Fellaini bəklə oynaya bilər. İbrahimoviçin də oynamaq şansı yüksəkdi. Nemanya Matiç zədəlidi, amma derbidə oynayacaq. Kərrikinisə oynamaq ehtimalı yoxdu".

 

Qeyd edək ki, Mançester şəhərini təmsil edən əzəli rəqiblərin bu dəfəki derbisi 10 dekabr tarixində "Old Traford"da baş tutacaq.

Xəbər xətti