Çempionlar Liqasının qrup mərhələsinə yekun vuruldu: 1/8 finalçılar məlum oldu

01:53 - 7 Dekabr 2017

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, keçirilən 8 oyundan sonra 1/8 finalın bütün iştirakçılarının adı məlum olub.

 

E qrupunda "Spartak"ın daşını daş üstə qoymayan "Liverpul" qrup lideri kimi mərhələ adlayıb. "Sevilya" qrupda 2-ci yeri tutaraq adını 1/8 finala yazdırıb."Spartak" mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

F qrupunda liderliyini təmin etmiş "Mançester Siti" səfərdə "Şaxtyor"a uduzub - 1:2. Donetsk klubu bu nəticə ilə 16 xoşbəxtdən biri olub. "Napoli" mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

G qrupunda ilk pilləni qarantiləyən "Beşiktaş" səfərdə "Leyptsiq"ə 2:1 qalib gələrək qrup mərhələsini məğlubiyyətsiz başa vurub. İstanbul klubunun ardından bu qrupda mərhələ adlayan "Portu" olub. "Leypstiq" mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

H qrupunda lider "Tottenhem" APOEL-i 3:0 hesabı ilə məğlub edib. "Real" isə "Borussiya"ya 3:2 qalib gəlib. Bu qrupda "Borussiya" mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanan komandalar:

 

"Bavariya”, PSJ, "Çelsi”, "Barselona”, "Beşiktaş”, "Mançester Siti”, "Real”, "Tottenhem”, "Mançester Yunayted", "Bazel", "Roma", "Yuventus", "Sevilya", "Liverpul", "Portu" və "Şaxtyor".

 

Avropa Liqasında 1/16 finala keçənlər:


Qrup üçüncüləri: “Leyptsiq”, “Napoli”, “Atletiko”, “Borussiya D.”, “Spartak”, “Sportinq”, MOİK, “Seltik”.

 

Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
6 dekabr
 
E qrupu
“Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya) - 1:1
Qollar:
Tavares, 10 – Qanso, 75
 
“Liverpul” (İngiltərə) - “Spartak” (Rusiya) - 7:0
Qollar
: Koutinyo, 4, 15, 50, Firmino, 19, Mane, 47, 76, Salah, 86 
 
F qrupu
“Feyenoord” (Hollandiya) - “Napoli” (İtaliya) - 1:1
Qollar:
Yorgensen, 33, Cerri Cen Const, - Zelinski, 2
 
“Şaxtyor” (Ukrayna) - “Mançester Siti” (İngiltərə) - 2:1
Qollar:
Bernard, 26, İsmaili, 32 – Aquero, 90 (pen.)
  
G qrupu
“Portu” (Portuqaliya) - “Monako” (Fransa) - 3:0
Qollar:
Abubakar, 9, 33, Brahimi, 45, Telles 65, Tikinyo, 88 – Kamil Qlik, 61 (pen.), Falkao, 78
 
“Leyptsiq” (Almaniya) - “Beşiktaş” (Türkiyə) - 1:2
Qollar:
Neqredo, 10 (pen.), Talişka, 90 – Nəbi Keyta, 87
 
H qrupu
“Tottenhem” (İngiltərə) - APOEL (Kipr) - 3:0
Qollar:
Llorente, 20, Son, 38, Corc Kevin Nkudu, 80
 
“Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) - 3:2
Qollar:
Mayoral, 8, Ronaldo, 13, Vaskes, 81 - Obameyanq, 43, 49

 

Xəbər xətti