"Qarabağ" Çempionlar Liqasında nə qədər gəlir əldə etdi?

UEFA Çempionlar Liqasının qrup mərhələsi artıq başa çatdı.

 

Sportal.az xəbər verir ki, turnirdəki təmsilçimiz  “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupu 2 xalla başa vurdu. 

 

Qurban Qurbanovun komandası keçirdiyi 6 oyundan yalnız ikisində heç-heçə edə bildi. Ağdam klubu evdə və səfərdə Madrid “Atletiko”sundan xal almağı bacardı. 

 

Bununla da komandamız qrup mərhələsində də qazanc əldə etdi. Pley-off-da Danimarka “Kopenhagen”ini məğlub edən “köhlən atlar”  12,7 milyon avroya sahib çıxmışdı. 

 

İki heç-heçəyə görə də komandamız 1 milyon avro əldə edib. Üstəlik, marketinq gəlirlərini nəzərə alsaq, buradan təxminən 2 milyon yarım avro gəlir əldə ediləcək. 

 

Beləliklə, “Qarabağ”ın ÇL-dən ümumi qazancı təxminən 16 milyon avro olacaq. Bu da 32 milyon manat edir. 

Tarix: 7 Dekabr [11:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio