Türkiyə Super Liqasında baş məşqçi istefası

14:04 - 7 Dekabr 2017

Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Antalyaspor"un baş məşqçisi Leonardo istefa verib. Braziliyalı mütəxəssis komandanın məşqindən öncə futbolçularla vidalaşaraq vəzifəsini tərk edib.

 

Qeyd edə ki, Leonardo bir neçə ay öncə Rza Çalımbayın əvəzinə baş məşqçi təyin olunmuşdu.

Xəbər xətti