"Neftçi"də yeni məşqçi

19:01 - 7 Dekabr 2017

"Neftçi”də fiziki hazırlıq üzrə yeni məşqçi təyinatı olub.

 

Sportal.az xəbər verir ki, bu vəzifəni ukraynalı Dmitro Qolovko yerinə yetirəcək. 37 yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

 

Dmitro Qolovko bunadək Ukraynanın "Dinamo” (Kiyev), "Krivbass”, "Karpatı”, "Volın”, "Çernomorets”, Rusiyanın "Volqa” klublarında və 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında çalışıb.

Xəbər xətti