Ronaldo 5-ci dəfə “Ballon d’Or” mükafatını qazandı

00:04 - 8 Dekabr 2017

İlin ən yaxşı futbolçusuna verilən “Ballon d’Or” mükafatının sahibi “Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo olub.

 

Sportal.az xəbər verir ki, xəbər verir ki, bu, Ronaldonun karyerasında 5-ci “Ballon d’Or” mükafatı kimi tarixə keçib.

 

Beləliklə, portuqaliyalı ulduz bu sahədə 5 mükafatı olan Lionel Messiyə çatıb.

 

Qeyd edək ki, Ronaldo daha öncə 2008, 2013, 2014 və 2016 illərdə də bu titula layiq görülmüşdü.

Xəbər xətti