Millətlər Liqası: Azərbaycan 1-ci səbətdə yer aldı

00:16 - 8 Dekabr 2017

UEFA Millətlər Liqasının səbətlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan D liqasında mübarizə aparacaq. Azərbaycan bu liqanın ilk səbətində yer alıb. Makedoniya, Belarus və Gürcüstan da ilk səbətdədir.

 

D liqasında digər səbətlər:

 

2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

 

3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

 

4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq.

 

Millətlər Liqasının püşkü yanvarın 24-də atılacaq. 

 

D liqasında qrup qalibi olacaq 4 ölkə 2019-cu ilin iyununda pley-off sistemində çempionluq uğrunda mübarizə aparacaq. 

Xəbər xətti