"Atletiko" Qabi ilə yeni müqavilə imzalayır

11:47 - 8 Dekabr 2017

İspaniyanın Madrid  “Atletiko”sunun rəhbərliyi Qabi Fernandeslə müqaviləni yeniləmək niyyətindədir.

 

Sportal.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Məlumata əsasən, 34 yaşlı kapitan Qabi ilə aparılan danışıqlar artıq müsbət yekunlaşıb. O, daha 1 il Madriddə qalacaq.

 

Qeyd edək ki, Qabinin müqaviləsi 2018-ci ilin yayında bitir

Xəbər xətti