UEFA-nın reytinqi: "Qarabağ" gerilədi

13:34 - 8 Dekabr 2017

Avrokuboklarda qrup mərhələsinin 5-ci turundan sonra klubların yeni reytinq cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 442 klubun yer aldığı siyahıda Azərbaycanın da 7 təmsilçisinin adı var. Ən yaxşı göstəriciyə malik klubumuz yenə “Qarabağ”dı. Son ölkə çempionu yeni cədvəldə geriləyib. Bir neçə gün öncə UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində səfərdə İtaliyanın “Roma” klubuna məğlub olan təmsilçimiz iki pillə geriləyib və hazırda 20.500 xalla 68-ci sırada qərarlaşıb.

 

“Qarabağ”ı digər klublarımızdan “Qəbələ” izləyir. Əyalət təmsilçisi 5.250 xalla 191-cidi. 

 

“Neftçi”, “Keşlə”, “Zirə”, “Kəpəz” və hazırda fəaliyyət göstərməyən “Xəzər Lənkəran” isə 3.825 xalla 244-cü pilləni bölüşürlər.

Xəbər xətti