Nazarov komandasının qələbəsində pay sahibi oldu

00:25 - 9 Dekabr 2017

Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Darmştadt”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini də məhz Nazarov verib.

 

“Aue” geridə qalan turlarda topladığı 22 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti