"Çelsi"də yeni müqavilə

13:55 - 9 Dekabr 2017

İngiltərənin “Çelsi” klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, London klubu Çarli Musonda ilə müqaviləni yeniləyib. 21 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2022-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, belçikalı futbolçu 2015-ci ildən London klubunda çıxış edir. Gənc vinger bu mövsüm “Çelsi”nin heyətində 5 rəsmi oyunda iştirak edib və 1 qol vurub.

Xəbər xətti