36 yaşlı futbolçu "Qalatasaray"a keçəcək?

15:48 - 9 Dekabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan "Qalatasaray" müdafiənin sol cinahında rəqabəti artırmaq üçün transfer hərəkətinə keçib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubunun transfer hədəfində Fransa millisinin sabiq futbolçusu Patris Evra var. Bu iddianı "L'Equipe" nəşri yayıb. Məlumatda bildirilir ki, "sarı-qırmızılar" 36 yaşlı müdafiəçini rənglərinə bağlamaq istəyir.

 

Patris Evra azad agent statusu daşıdığı üçün bu transfer "Qalatasaray"a pulsuz başa gələ bilər.

 

Qeyd edək ki, Evranın son klubu "Marsel" olub. Təcrübəli oyunçu Avropa Liqasında "Qimaraynş"la matçdan öncə isinmə hərəkətləri zamanı azarkeşin başına təpik vurduğu üçün klubdan qovulmuşdu və üstəlik, UEFA-dan 2018-ci ilin iyuluna kimi avrokuboklarda oynamamaq cəzası almışdı.

Xəbər xətti