Araz Abdullayev "Anortosis"ə qələbə qazandırdı VİDEO

Kipr çempionatında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda “Alki Oroklinis”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Araz start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının qələbə qolunu da Abdullayev vurub. Millimizin üzvü 90-cı dəqiqədə fərqlənməklə Kipr çempionatında ikinci qoluna imza atıb.

 

Geridə qalan turlarda 33 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.

 

Tarix: 10 Dekabr [00:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Aprel 2018
20  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio