"Zirə"nin legioneri: "Ən yaxşısı getməkdir" MÜSAHİBƏ

19:29 - 10 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsindı "Zirə" ""Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, komandasına qələbə qazandıran "qartallar"ın vingeri David Manqa matçdan sonra jurnalistlərə müsahibə verib.
 
- Çox məmunan ki, komandaya qol vuraraq kömək etdim. Unutmayaq ki, cavab matçı da var. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, cavab matçına da ciddi hazırlaşmalıyıq.
 
- Bu hesab kifayət edəcək?
- Ən vacibi qələbə qazanmaqdır.
 
- “Zirə”də elə də çox şans qazanmırsan...
- Bəlkə də mükəmməl formada deyiləm. Hazırkı anda ən yaxşısı ehtiyatdan oyun daxil olaraq komandanın gücünə güc qatmaqdır.
 
- Qışda komadandan getməyi düşünürsən?
- “Zirə” ilə müqaviləm var. Bu barədə danışmaq istəməzdim.
 
- “Neftçi” ilə oyundan sonra qərar verəcəksən?
- Oyundan sonra gedəcəyik. Hələ vaxta var.
 
- Karyeranı “Zirə"də davam etdirəmk istəyirsən?
- Problem ondadır ki, Premyer Liqaya yaxşı start vermədim. Adaptasiya prosesi ləng getdi. Belə məqamda bəlkə də ən yaxşısı getməkdir.

Xəbər xətti