İlham Allahverdiyev oynadı, komandası 1 xal qazandı

22:38 - 10 Dekabr 2017

Türkiyə BAL Liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu İlham Allahverdiyevin şərəfini qoruduğu "Çengelköyspor" səfərdə "Bozuyük Vitra"nın qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

Həmyerlimiz matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 11 turdan sonra aktivində 19 xal olan "Çengelköyspor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Allahverdiyev isə 6 qolla 10 qrupun bombardiridir.

Xəbər xətti