Mançester derbisində "şəhərlilər" sevindi VİDEO

22:50 - 10 Dekabr 2017

İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında Mançester derbisi baş tutub. İlk iki sıranı bölüşən “Mançester Yunayted”lə “Mançester Siti” “Old Trafford”da münasibətlərinə aydınlıq gətiriblər. “Qırmızı şeytanlar” doğma meydanda 1:2 hesablı məğlubiyyətə üzülüblər.

 

16 turdan sonra Premyer Liqanın turnir cədvəlinə aktivində 46 xalı olan "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 35 xalla 2-cidir. 3-cü pillədə qərarlaşan "Çelsi"nin 32 xalı var.


“Mançester Yunayted” – “Mançester Siti” - 1:2
Qollar:
Reşford, 45+2 - David Silva, 43, Otamendi, 54

 

 

Xəbər xətti