Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır

10:37 - 11 Dekabr 2017

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyacaq. 

 

Reqlamentə əsasən, 1/8 finalda qrup qalibləri bu mərhələyə ikinci yerlə adlayan komandalara rəqib olacaqlar. Püşk zamanı eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməyəcək.

 

Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Çempionlar Liqası

1/8 final

 

Qrup qalibləri: “Mançester Yunayted” (İngiltərə), PSJ (Fransa), “Barselona” (İspaniya), “Roma” (İtaliya), “Tottenhem” (İngiltərə), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Beşiktaş” (Türkiyə)

 

Qrup ikinciləri: “Yuventus” (İtaliya), “Bazel” (İsveçrə), “Şaxtyor” (Ukrayna), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Real” (İspaniya), “Porto” (Portuqaliya), “Sevilya” (İspaniya)

 

1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.

Xəbər xətti