Röyal Nəcəfov Türkiyədə növbəti qolunu vurdu

10:52 - 11 Dekabr 2017

Türkiyə BAL Liqasında 11-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Malatya Yeşilyurtspor" doğma meydanda "Araban Bələdiyyəspor"u qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Röyal Nəcəfov matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Röyal komandasının qollarından birinin müəllifi olub.

Qeyd edək ki, 11 turdan sonra rəqiblərindən 1 oyun az keçirən "Malatya Yeşilyurtspor" 15 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti