Samir Həmzəyev: “Onların çıxışını sürpriz hesab etmək olar” MÜSAHİBƏ

11:55 - 11 Dekabr 2017

Milli komandanın beynəlxalq turnirdə iştirakı ilə əlaqədar Yüksək Liqada yaranmış fasilə başa çatdı və dekabrın 13-də X turun oyunları keçiriləcək. Turun mərkəzi oyununda isə EKOL və “Marafon Futsal” komandaları qarşılaşacaq. Oyundan əvvəl Yüksək Liqanın təcrübəli klublarından sayılan EKOL-un aparıcı oyunçusu, millinin heyətinə də dəvət edilən Samir Həmzəyev AFF-nin mətbuat xidmətinə müsahibə verib.

 

Sportal.az saytı həmin müsahibəni diqqətinizə çatdırır:


- “Marafon Futsal”la oyunöncəsi komandada vəziyyət necədir?
- Həqiqətən də çətin oyun olacaq. Bir müddət idi millinin heyətinə dəvət edildiyimizə görə, komandadan ayrı düşmüşdük. Artıq geri dönmüşük və hazırlıq prosesində iştirak edirik. Ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq.

 

- EKOL-dan fərqli olaraq “Marafon Futsal” liderlər qrupunda yer alıb. Debütantın ilk cəhddə boyundan yüksəyə “tullanması” sizi qıcıqlandırmır?
- Onların çıxışını sürpriz hesab etmək olar. Məncə, güclü rəqibdirlər. Bu elə oyundur ki, hər üç nəticəyə hazır olmalısan. Əslində, “Marafon Futsal”dan ilk mövsümdə bu cür yüksəliş gözləmirdim. Adətən debütantlar birinci mövsümdə çempinata uyğunlaşmağa, ritmi tutmağa çalışır. Görünür, rəqibimiz daha yaxşı hazırlaşıb.

 

- Hansı komandanın üstün cəhətləri çoxdur?
- EKOL-un hazırkı heyəti xeyli vaxtdır bir yerdə oynayır, anlaşma yaxşıdır, xətlərarası əlaqədə hansısa problem yoxdur. Rəqibimiz isə daha çox legionerlərin hesabına iri addımlar atır. Həqiqətən də iranlı legionerlərin komandaya çox köməyi dəyir. Onlar təcrübəli yerli futzalçılarla yaxşı tandem təşkil edirlər. 

 

- EKOL son 2 oyunda cəmi 1 xal qazanıb. Elə çempionata da yaxşı başlamadınız, sonradan özünüzdə güc tapdınız. Oturuşmuş heyət üçün bu nə dərəcədə normal haldır?
- Rəqiblərimiz güclənib. İndi meydana çıxanda kimin qalib gələcəyini əminliklə demək mümkün deyil. Çünki istənilən komandanın qələbə qazanmaq şansı var. Çempionatda mübarizə, intriqa artıb. Bu gün “Yasamal” belə istənilən komandadan xal ala bilər. Xal itirməyimizə gəldikdə, son iki oyunda “Araz” və “FK.İD.Futsal”la qarşılaşdıq. “Araz”la oyunda çox güc itirdiyimizdən, bərpa olunmaqda çətinlik çəkdik, vaxt az oldu. Yorğunluq sözünü dedi.

 

- Turnir cədvəlinə baxdıqda, mənzərənin heç də EKOL-un ürəyincə olduğunu demək mümkün deyil...
- Bizim üçün gözlənilməz və arzulanmaz mənzərədir. Hələ çempionatın cəmi 9 turu keçirilib. Qarşıda daha 19 tur var və çox suallara cavab tapılacaq. Vacib olan mövsümün sonundakı turnir cədvəlidir. Öz yerimizi tutmalıyıq.

 

- Hansı komanda yaxşı, hansı gözlədiyindən aşağı çıxış edir?
- “FK.İD.Futsal”dan çox şey gözləyirdim. Çünki heyətləri təcrübəli futzalçılardan qurulub. Bu komanda iddialı hesab edilən komandalara qarşı layiqli mübarizə aparırlar, amma elə matçları uduzurlar ki.... “Marafon Futsal”la “Neftçi”İK-nı yaxşı mənada fərqləndirərdim. “Neftçi”nin “Araz”la heç-heçə etməsi və “Marafon Futsal”ı məğlub etməsi güclü olduqlarını göstərir. Yayda heyətlərində dəyişiklik etdiklərinə görə, komanda indi-indi özünə gəlir.

 

- Uzun fasilədən sonra Millinin toplanışına dəvət edildin, İranda keçirilən turnirdə iştirak etdin. Turnirlə bağlı təssüratın necədir?
- Hər bir turnirin səviyyəsini iştirakçıları müəyyənləşdirir. Avropa çempionatına hazırlıq baxımından vacib turnir oldu. Rəqiblərimizin son 2 ildə qatıldıqları turnirlərdə əldə etdikləri nəticələr güclərini ortaya qoyur. İran dünya üçüncüsü, Rusiya finalçı, Qazaxıstan isə Avropa üçüncüsüdür. Əlavə şərhə ehtiyac yoxdur. İrana qarşı çox yaxşı mübarizə apardı komandamız. Rusiyaya uduzsaq da, Qazaxıstanı udduğumuz halda sonradan hesabda geri düşdük. Buna rəğmən, yekunda xal qazanmağı bacardıq. Bu turnirdə baş məşqçi təbii ki, yeni taktiki gedişləri, “ev tapşırıq”larını yoxladı. 

 

- Nəticəni normal hesab etmək olar?
- Əlbəttə, əldə edilən nəticə pis deyil. Reytinq cədvəlinə diqqət yetirsək, rəqiblərimizin hamısının bizdən irəlidə olduğunu görərik. Yaxşı sınaq oldu, bunu bəhrəsini Avropa çempionatında görmək mümkündür. Baş məşqçi boşluqları, səhvləri, çatışmazlıqları təsbit etdi. Qarşıdakı təxminən 2 aya yaxın vaxtda bunları aradan qaldırmaq...

Xəbər xətti