Dani Kintanadan 2 yubiley

13:11 - 11 Dekabr 2017

IV turdan təxirə salınan “Səbail” – “Qarabağ” oyununda vurduğu qolla qonaqların qələbəsində pay sahibi olan Dani Kintana ikiqat yubiley qeyd edib.

 

Sportal.az xəbər verir ki, matçda 2-ci qolun  müəllifi üçün bu top tarixi olub. “Səbail”in qapısından keçirilən qol ispaniyalının Premyer Liqada, hamısı “Qarabağ”da olmaqla 20-ci qoludur. O, Ağdam təmsilçisindəki 56-cı matçında ikinci “onluğ”u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə “Qarabağ”dakı 25-ci topdur. O, bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.

 

Qeyd edək ki, “Qarabağ” səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.

Xəbər xətti