Balakəndə futzal turniri keçirilib

15:05 - 11 Dekabr 2017

AFFA-nın təşkilatçılığı ilə "Kütləvi futbolun inkişafı proqramı" çərçivəsində Balakən Olimpiya İdman Kompleksində 2006-2007-ci təvəllüdlü uşaqların (oğlanlar və qızlar) iştirak etdiyi futzal turniri keçirilib. 

 

Sportal.az xəbər verir ki, iki gün davam edən yarışın birinci günündə oğlanlar  mübarizəyə qoşulub. İlkin qeydiyyatdan sonra bütün kollektivlərə oyun qaydaları ilə bağlı geniş məlumat verilib. Dairəvi sistem üzrə keçirilən yarışın ilk günü rayon mərkəzinin müxtəlif məktəblərini təmsil edən 9 komanda birincilik uğrunda yarışıb. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin ən güclüsü Balakən şəhərinin 3 saylı tam orta məktəbinin komandası olub. İkinci yeri “Qazma”, üçüncü pilləni “Katex” komandası tutub. Qalib komandaların üzvlərinə kubok, diplom və medallar verilib.

 

Qızlardan ibarət komandaların mübarizəsində "Tülü" bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub. İkinci pilləni "Nəsimi" komandası tutub. "Qazma" isə turniri üçüncü sırada bitirib. Mükafatçılar sırasına düşən kollektivlərin üzvlərinə kubok, diplom və medallar verilib.

 

Futzal turnirində müxtəlif nominasiyalar üzrə fərqlənənlər də müəyyənləşib:
 
Oğlanların turniri
Finalın ən yaxşı oyunçusu - Afər Rəcəbov
Bombardir - Nicat Çirinqov (7qol)
Baxımlı qol - Nicat Çirinqov
Ən yaxşı qapıçı - Ruslan Qarakişiyev
Ən yaxşı müdafiəçi - Rəfail Nəsibov
Ən yaxşı məşqçilər - Mikayılova Pakizə, Quliyeva Bəsti
Fair-Play - Nəbiyev Əbdülqədir
 
Qızların turnir
Ən yaxşı oyunçu - Qaracayeva Röya
Bombardir - Köklərova Arzu (5 qol)
Baxımlı qol - Kərimova Səma
Ən yaxşı qapıçı - Qociyeva Pirdas
Ən yaxşı müdafiəçi - Dadayeva Ceyla
Ən yaxşı məşqçi - Mahmudov İsa
Fair-Play - Qardaşova Nuray
Fəal iştiraka görə - Balagözova Havva, Eminova Zəminə, Qafarova Sevinc

 

Qaliblər AFFA tərəfindən diplomlar və hədiyyələrlə təltif edilib.

Xəbər xətti