Qurban Qurbanov millidə ilk oyununu Gürcüstana qarşı keçirəcək

15:33 - 11 Dekabr 2017

Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 2018-ci ildəki yoxlama oyunları üçün ilk rəqib bəllidi. Bu, qonşu Gürcüstan yığmasıdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qonşularımızla təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq.

 
Türkiyənin Antalya şəhərində təşkil olunacaq hazırlıq prosesində keçiriləcək matç 2018-ci il fevralın 2-də baş tutacaq.

Qeyd edək ki, bu matç Qurbanovun millinin baş məşqçisi postunda debütü olacaq.

Xəbər xətti