Jiru "Arsenal"dan gedir: "Seçimləri dəyərləndirəcəm"

16:20 - 11 Dekabr 2017

"Arsenal"ın hücumçusu Olivier Jiru komandadan ayrılacağını deyib.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü olan forvard həmyerlisi Aleksanrd Lakazetin London klubuna transferindən sonra əsas heyətə düşməkdə çətinlik çəkir. Dünya çempionatında millinin heyətində olmaq istəyən Jiru daim oynaya biləcəyi bir kluba getmək istəyir.

 

"L'Equipe" nəşrinə danışan 31 yaşlı qolçu yanvar ayında "Arsenal"dan gedəcəyinin siqnalını verib:

 

"Hər gün ağlımda dünya çempionatı var. Meydana çıxdığım hər an dünya çempionatı şansımı artırmaq üçün əlimdən gələni edirəm. Yayda komandadan ayrılmamağımın səbəbi kifayətqədər şans qazanmağım idi. Sadəcə ayrılmaq üçün getmək əlbəttə düzgün deyil. Amma yanvar ayında bu sualı özüm üçün təkrar edəcəm. Bu durumda düzgün həll yolunu tapıb, düzgün qərar vermək asan deyil. Amma seçimləri dəyərləndirəcəm. Baş məşqçi Didye Deşam da daha çox oynamağımı istəyir".

Xəbər xətti