Pedro Enrike: "Hər şey məndən asılı deyil" MÜSAHİBƏ

21:49 - 11 Dekabr 2017

"Qarabağ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Sumqayıt"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyunda komandasının 2-ci qolunu vuran Pedro Enrike matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Çempionat oyunundan fərqli idi. Qalib gəlməkdən başqa əlacımız yox idi. Rəqib çətin komanda idi. Bu qarşılaşma göstərdi ki, cavab görüşü çətin keçəcək.
 
- “Qarabağ”ın çətin qələbəsi sıx qrafiklə əlaqəlidir, yoxsa “Sumqayıt” bu gün yaxşı oynadı?
- Rəqibi sıradan komanda adlandırmaq istəməzdim. Çətin qələbə qazanmağımızda onların oyununu qeyd etmək istərdim. Yaxşı qapanmağı və əks-hücumları bacarırdılar. Küləyin də oyuna təsiri oldu.
 
- Matça ehtiyatda başlamağının səbəbi nə idi?
- Bu, baş məşqçiyə veriləcək sualdır. Bunu təbii qəbul edirəm. İki gün öncə meydana çıxmışdım. Belə rotasiyalar normaldır. Heyətimizdə yüksək səviyyəli futbolçular. Meydana çıxan futbolçu əlindən gələni edir.
 
- 2017-ci ili özün üçün necə hesab edirsən?
- Mövsümün yarısı başa çatır. Uğurlu il keçirdiyimi deyə bilərəm. PAOK-da da müntəzəm oynayırdım, qollar vururdum. Burda da son matçlarda qollar vururam. Çempionlar Liqasında çıxış etdim və təcrübə qazandım. Ümumi götürəndə uğurlu il oldu.
 
- Artıq Çempionlar Liqası ilə vidalaşdınız. Gələn il “Qarabağ”la Çempionlar Liqasında yenə də oynamaq istəyərdin?
- Təbii ki, bura gəlməyimdə Çempionlar Liqası faktoru rol oynadı. Tək bununla əlaqələndirmək də istməzədim. Müqavilə ilə PAOK-un futbolçusuyam. Mövsümün sonuna kimi “Qarabağ”da oynayacam. Yoldaşlıq oyunundan belə həzz almağa çalışıram. Əlbəttə, Çempionlar Liqasında böyük klublara qarşı oynamaq əla hissdir. Amma hər şey məndən asılı deyil.

Xəbər xətti