Muarem Muaremin yeni klubu məlum oldu

01:29 - 12 Dekabr 2017

"Qarabağ"ın sabiq fuutbolçusu Muarem Muaremi yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Qazaxıstanın "Aktobe" klubundan ayrılan makedoniyalı futbolçu karyerasını Albaniyada davam etdirəcək. 

 

29 yaşlı hücumameyilli yarımmüdafiəçi bu ölkənin "Flamutari" klubu ilə anlaşıb. Muarem Vlore təmsilçisi ilə mövsümün sonuna qədər sözləşmə izmalayıb. 

 

Qeyd edək ki, Makedoniya millisinin sabiq üzvü 2012-2015-ci illərdə və 2016/17 mövsümündə "Qarabağ"ın uğurları üçün çalışıb.

Xəbər xətti