Elçin Rəhmanov "Levski" və "Ludoqorets"də

"Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Bolqarıstana yollanıb.

 

Sportal.az xəbər verir ki, Rəhmanov PRO kurslarının tələblərinə əsasən adıçəkilən ölkəyə üz tutub.

 

PRO kurslarının əsas tələbləri arasında məşqçinin iki xarici klubun düşərgəsində olması var. Belə ki, PRO lisenziyasına sahib olmaq istəyən məşqçi 1 həftə əsas komandanın məşqində təcrübə keçməli, həm də başqa bir klubun akademiyası ilə tanış olmalıdır. 

 

Elçin Rəhmanov hər iki təcrübə üçün Bolqarıstana üstünlük verib. Çalışdırıcı dekabrın 9-dan 15-nə kimi bu ölkənin iki əsas klubunun düşərgəsində olacaq. Mütəxəssis əvvəlcə “Levski” klubuna yollanıb. Azərbaycan milli komandasının sabiq futbolçusu bu klubun əsas komandasının məşqlərində iştirak edəcək və həftəlik hazırlıq tsikli ilə tanış olacaq. Akademiya təcrübəsi üçün isə Rəhmanov son ölkə çempionu “Ludoqorets” klubuna üz tutacaq.

 

"Ludoqorets" Bolqarıstan çempionatında son 6 mövsümün dəyişməz çempionudur. Razqard təmsilçisi son illər Çempionlar Liqasının qrupuna düşməyi bacaran komandadır. Hazırda Bolqarıstan təmsilçisi Avropa Liqasının 1/16 final mərhələsində mübarizə aparır və bu yolda rəqibi İtaliya nəhəngi olan "Milan"dır. 103 yaşlı "Levski" isə 26 qat ölkə çempionudur.

 

Qeyd edək ki, Elçin Rəhmanov 2009-cu ildən "Qarabağ"da Qurban Qurbanovun köməkçisidir.

Tarix: 12 Dekabr [02:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio