"Liverpul"un futbolçusu ən yaxşı seçildi

Böyük Britaniyanın BBC kanalı Afrikada 2017-ci ilin  ən yaxşı futbolçusunun adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qalibin adı kanalı saytında təşkil edilən səsvermə nəticəsində məlum olub. İlk pilləni Misir millisinin və “Liverpul”un hücumçusu Məhəmməd Salah tutaraq  ilin ən yaxşı oyunçusu adını qazanıb. O, səsvermədə  Sadio Mane (Seneqal, “Liverpul”), Pyer-Emerik Obameyanq (Qabon , “Borussiya” Dortmund), Nabi Keyta (Qvineya, “Leyptsiq”) və Viktor Mozesi (Nigeriya,“Çelsi”) qabaqlayıb.

 

Xatırldaq ki, M.Salah bu mövsüm “Liverpul”un heyətində 24 matçda 19 qol vurub, 6 qolun ötürməsini verib.

Tarix: 12 Dekabr [10:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2018
23  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio