"Kopenhagen"in baş məşqçisi: "Qarabağ"ın "Atletiko"ya qarşı necə oynadığını iki dəfə gördük"

11:28 - 12 Dekabr 2017

Avropa Liqasının 1/16 final mərhələsində İspaniyanın "Atletiko" klubu qarşılaşacaq Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stalo Solbakken püşkü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı çalışdırıcı Madrid təmsilçisinin Çempionlar Liqasının qrupunda "Qarabağ"a qarşı keçirdiyi oyunlara toxunub:

 

"Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. Hamımız "Qarabağ"ın "Atletiko"ya qarşı necə oynadığını iki dəfə gördük. Buna görə mümkünsüz heç nə yoxdur. Lakin bu, çox çətin olacaq".

 

"Kopenhagen"i Çempionlar Liqasının pley-off mərhələsindən məhz təmsilçimiz "Qarabağ" kənarlaşdırmışdı. Həmin yenilgidən sonra Danimarka çempionu Avropa Liqasında oynamaq hüquq əldə etmişdi.

 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə hər iki oyunda heç-heçə (0:0, 1:1) edib.

Xəbər xətti